Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran TƏKZİB ETDİ-Azərbaycanla sərhədə hərbi texnika yığılmayıb

İran TƏKZİB ETDİ-Azərbaycanla sərhədə hərbi texnika yığılmayıb


İranın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə yayılan İranın Azərbaycanla sərhədə ağır texnika yığması ilə bağlı görüntülərə aydınlıq gətirib.

Newscenter.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi ölkə KİV-lərinin sorğusuna cavab olaraq bildirilib ki, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (Sepah) rəsmi telegram kanalı yoxdur, Sepahın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar.

“Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahları tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır”, – deyə məlumatda qeyd olunub.
Xəbəri paylaş