Londonda bizim Azərbaycan Səfirliyinə hücum olub. Bir dəstə dini ekstremist "Hüseyn aşiqləri" "Ləbbeyk, ya Hüseyn!" qışqırığı altlnda səfirliyk binasına ziyan verib. Belə şey görünməyib heç! Neçə ildir bunu deyir, yazırıq ki, Hüseynçilikdir, Zeynəbçilikdir, Qasım Suleymanıçılıqdıf və sair, bunlar hamısı ən qatı radikal dini ekstremizmin ideya daşıyıcılarıdır. Bunlara heç bir vaxt imkan fürsət tanımaq olmaz. Çünki xain fürsətçidirlər.
Budur, bunların əsl mahiyyəti, iç üzü, Britaniya kimi bir dövlətin paytaxtında bizə qarşı bu cür terror xarakterli, cinayətkar halda özbaşınalıq. Demək, bunlar hər yerdə, hər şeyə qadirdirlər. Biz bu gün anındaca bunların qarşısını almalı, özü də ki, sərt və qanuni formada cavablarını verməliyik, Avropada və dünyanın hər yerində. Xüsusilə də bizim Azərbaycanda bütün bu cür, din Hüseyn Aşura adından istifadə edən, lakin radikal ekstremizm mahiyyətli qruplara qarşı! Görünür, bunlar çox harınlayıb, həddi aşıblar.
Məlumata görə Səfirliyə bu, terror hücumuna görə məsuliyyəti, Böyük Britaniyada yaşayan, şəxslərin yaratdığı "İmam Mehdi Mücahidləri" Birliyi şiə təçkilatı öz üzərinə götürüb. Amma, çox yaxşı görünür ki, bu iş Azərbaycana qarşı neçə vaxtdır pozuculuq, təhdid aparan hansı teokratik rejimin təşkilidir. Ancaq belə mənfur əməlləri ilə heç nəyə nail ola bilməyəcəklər və nəticədə bərk uduzub özləri batacaqlar. Xalq və dövlət olaraq, bütün dünya azərbaycanlıları, dünya Türk Birliyində bunlar süpürülüb atılar.
Hər halda, Britaniya hüquq-mühafizə sistemi bu ekstremistlərlə qarşı sərt tədbirini görsün.
P. S. Artıq Britaniya polisi dini qrupu həbs edib və dövlət simvolu bayrağımız tam bərpa edilib.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri