Avropa Birliyinin siyasi paytaxtı və Belçika Krallığının paytaxtı olan Brüssel şəhərində Avropa Birliyi Şurası və Avropa Parlamenti qarşısında Azərbaycan İcması tərəfindən dinc aksiya keçirilib.
Newscenter.az-a Benilüks Azərbaycanlıları Konqresindən daxil olan xəbərə görə, aksiya zamanı Ermənistanın müharibə cinayətlərini, Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını əks etdirən posterlər nümayiş edilib.
Həmçinin dinc aksiya zamanı Azərbaycan İcması Avropa siyasətçilərini ikili standartlara son qoymağa dəvət edib və bildirib ki: "İkili standartlara son qoyulacağı təqdirdə regionda sülh, stabillik və normallaşma prosesləri uğurla davam edəcəkdir".
Dinc aksiyada, Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK), Ana Vətən Avropa Azərbaycanlıları Qadınları Birliyi və Belçika Krallığında fəaliyyət göstərən Azərbaycan Evinin üzvləri iştirak edib.
Anar