Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Limanı vasitəsi ilə daşınan minik avtomobillərinin sayında artım qeydə alınıb

Bakı Limanı vasitəsi ilə daşınan minik avtomobillərinin sayında artım qeydə alınıb


Bu ilin ilk 9 ayı ərazində Bakı Limanı vasitəsi ilə 9 316 ədəd təkərli texnika (TIR və qoşqu xaric) daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artımdır. Bu təkərli texnikaların əsas hissəsini də minik avtomobilləri təşkil edir. Minik avtomobilləri əsasən Gürcüstan, BƏƏ , Yaponiya, Birləşmiş Krallıq, Belçika, Almaniya və digər ölkələrdən gətirilməklə Bakı Limanına çatdırılır və buradan da gəmi vasitəsilə daha çox Qazaxıstan və Türkmənistan olmaqla Mərkəzi Asiya ölkələrinə göndərilir.

Newscenter.az xəbər verir ki, Bakı Limanının Avropanın aparıcı logistika şirkətləri ilə əldə etdiyi razılığa əsasən “Toyota” , “Lexus”, “BMW” kimi dünya brendlərinin yeni avtomobilləri də bütün təhlükəsizlik qaydaları gözlənilməklə Bakı Limanı vasitəsi ilə Mərkəzi Asiya ölkələrinə çatdırılır. Bu avtomobillər TIR və vaqonların daxilində, həmçinin tək-tək idarə etməklə gəmilərə yüklənir və təyinat ölkəsinə göndərilir.

Mehman
Xəbəri paylaş