Bakıda Heydər Əliyev adına İdman - Konsert Kompleksində Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilir.
Newscenter.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan ilə BMT arasında tərəfdaşlığın 30 illiyinə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin 3-cü ildönümünə və BMT Gününə həsr olunub.
Tədbirdə 30-dan çox ölkənin və bir sıra beynəlxalq təşkilatların suvenirlərindən ibarət stendlər nümayiş etdirilir.
Xeyriyyə yarmarkasından əldə olunan bütün vəsait UNİCEF-in həyata keçirdiyi layihə üzrə sağlamlıq imkanları məhdud uşaqlara bağışlanacaq.