Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür

Bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür


"Qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəldi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər. Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Çünki hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, eyni zamanda cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyırdı:

"Bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Türkiyə şirkətləri qısa müddət ərzində Qarabağda böyük işlər görürlər. Qarabağı və Şərqi Zəngəzurun tam bərpası üçün həm Azərbaycan, həm də Türkiyə daha böyük işlər görəcəklər".

O qeyd edib ki, Ərdoğan Cəbrayıl şəhərində mətbuata açıqlamasında “Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur” deyib:

"Aydın məsələdir ki, Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı qorxu və narahatlıq keçirən “bəzi dairələr“ deyərkən konkret olaraq İranı nəzərdə tutdu. Bu fikri ilə Türkiyə bir daha həm Azərbaycana dəstəyini ifadə etdi, həm də İrana son mesajını çatdırdı. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxdı. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Hər iki bayraq bir yerdə dalğalanmağa da davam edəcək".

Mehman
Xəbəri paylaş