Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentdən bütün dünyaya yeni mesaj

Prezidentdən bütün dünyaya yeni mesaj


Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Cəbrayıl şəhərində təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanat bütün dünyaya yeni bir mesaj oldu.

Xüsusi vurğulamaq istərdim ki, Zəngilan Hava Limanının tikilib istifadəyə verilməsi ölkəmizin həyatında çox mühüm hadisədir. Azərbaycan Ordusunun 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdiyi gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna kəsb edir.
İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini ifadə etdi və bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir.
Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işlərində Türkiyə şirkətləri bizimlə birlikdə fəaliyyət göstərir. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüblər.

Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Zəngilan Hava Limanının açılışında iştirakı Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi oldu. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim üçün böyük xoşbəxtlikdir ki, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxdı. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi və bu gün Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir.

Qürurvericidir ki, bu gün Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, əcdadlarımızdan bizə qalan mirasdır, onların vəsiyyətidir və həm də zəmanəmizin tələbidir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş