Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Şuşa şəhərində konsulluq açması artıq şərt oldu

Türkiyənin Şuşa şəhərində konsulluq açması artıq şərt oldu


“Türkiyənin Şuşa şəhərində konsulluq açması artıq şərt oldu. Bunu Türkiyənin prezidenti Ərdoğanın da dilindən eşitdik. Azərbaycan dövləti hesab edirəm ki, çox yaxın günlərdə bu məsələni müzakirə edərək, həyata keçirilməsi istiqamətində işlərə start verəcəkdir. Çünki qonşuluqda olan düşmənlərimiz əsla sakit görünmür, əksinə daha da hazırlıqlı şəkil alaraq üzərimizə gəlməyə cəhd göstərirlər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, düşmənçiliyi davam etməkdə israr edən Ermənistanın yürütdüyü siyasət sabit görünməyə bilər:

“Bu anlaşılmayan siyasətin arxasında, Ermənistandan istifadə etmək istəyən qüvvələrin, dövlətlərin maraqlarının olması mümkündür. Bu maraqlar Azərbaycan və Türkiyəyə təsir elementlərini özündə əks etdirən amillərdən qaynaqlana bilər. Hər seyə rəğmən, bütün hallarda Azərbaycan öz yaxın müttəfiqi və qardaş hesab etdiyimiz Türkiyə ilə birgə hərəkət etməlidir”.

Ekspert deyib ki, bütün halda bölgədə baş verənləri nəzarətdə saxlamaq lazımdır:

“İnanıram ki, onların, bir addım belə önə keçmələrinə imkan verməyəcəyik. İstər İran, istər Rusiya, istərsə də başqaları bizim coğrafiyada əsla at oynada bilməyəcək”.

Mehman
Xəbəri paylaş