Azad Vətən Partiyasının İdarə Heyəti növbəti iclasında cari məsələlərlə yanaşı beynəlxalq siyasi şərait, Qarabağ regionu ətrafında geosiyasi maraqlar güdən dünya güclərinin fəaliyyəti, partiyadaxili strukturun formalaşması müzakirə olunub.
Newscenter.az xəbər verir ki, partiyanın sədri Akif Nağı Milli Məclisdə partiyalar haqqında yeni qanunun müzakirəsi barədə məlumat verib, bu işdə irəli sürülən təklifləri dəyərləndirib, habelə Azad Vətən Partiyasının mövqeyini bildirib. İdarə Heyətinin üzvləri A.Nağının MM-dəki çıxışını təqdir ediblər. Xüsusilə, ölkədəki ictimai-siyasi sahədə fəallığın yüksəldilməsi üçün yeni qanunun qəbul edilməsi irəliyə atılan addım kimi dəyərləndirilib.
Qərb ölkələrinin təklifi ilə Ermənistan-Azərbaycan sərhədlərinə müşahidəçilər qrupunun göndərilməsi və istiqamətdə baş verən siyasi proseslərin narahatlıq doğurması diqqətə çatdırılıb.
Partiyadaxili məsələlərdə təşkilatlanma işlərinin gücləndirilməsinə diqqətin artırılması qeyd edilib.
Anar