"Cənab İlham Əliyevin neft-qaz, nəqliyyat-kommunikasiya sahəsində reallaşdırdığı qlobal layihələrdən, o cümlədən Gürcüstan iqtisadiyyatına ciddi investisiya qoyuluşundan sonra Azərbaycan Tiflis üçün yalnız cənubi şərq qonşusu yox, eyni zamanda bu ölkənin müasir tarixində taleyüklü rola malik etibarlı və strateji tərəfdaşa çevrilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib.
Millət vəkilinin sözlərinə görə, Cənab İlham Əliyev elə bir geosiyasi mühit formalaşdırıb ki, özündən daha güclü qonşu nəinki Tiflisi narahat etmir, əksinə, Azərbaycanın hərbi-siyasi gücünün artması, inkişaf və tərəqqisi Gürcüstanın milli təhlükəsizliyinin qarantlarından biri kimi çıxış edərək bu ölkənin milli maraqları ilə üst-üstə düşür.
Anar