Ermənistan alternativ Laçın yolu ilə Azərbaycan ərazilərinə mina daşıyır.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, İrəvan üçtərəfli bəyanatı hər dəfə pozur, alternativ yoldan hərbi fəaliyyətləri üçün sui-istifadə edir:
"Zəngəzurun açılmasını da yubadır, deməli alternativ yol mütləq və təcili sürətdə əsgərimizin nəzarətinə keçməlidir. Ruslar bu işi bacarmadılar".
Ədalət Verdiyev deyib ki, Zəngəzur açılana qədər isə bu yol maksimum məhdud rejimdə fəaliyyət göstərməlidir:
"Bu həm unitaz ovçularına, həm də onların ipini yığa bilməyənlərə dərs olmalıdır".
Anar