Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Heyecanı yok”un ifaçısı Bakıya gəlir

“Heyecanı yok”un ifaçısı Bakıya gəlir


"Heyecanı yok” mahnısı ilə populyarlaşan türk reper Gazapizm Azərbaycana gələcək.

Əsil adı Anıl Acar olan sənətçi noyabrın 19-u ilk dəfə Bakıda konsert verəcək. O, “Elektra Events Hall”da Radio TMB 100.5 FM-in 1 yaşında səhnə alacaq.

Newscenter.az xəbər verir ki, böyük uğurlara imza atan Gazapizm, ölkəmizdə də ən çox izlənən seriallardan biri olan "Çukur" serialının sevilən soundtracklarinin sahibidir.

Məlumat üçün bildirək ki, ”Heyecanı yok" mahnısı ilə dinlənmə rekordu yeniləyən Gazapizm, eyni adlı musiqi klipi ilə 2018-ci ilin "Altın Kelebek" müsabiqəsində ilin mahnısı nominasiyasının qalibi olub. Bununla yanaşı Gazapizm GQ jurnalının 2018-ci il reytinqinə görə “İlin Görkəmli Musiqiçisi” nominasiyasını qazanıb. Onun "Unutulacak Dünler" (2020) mahnısı 2020-ci ildə Türkiyədə ən çox dinlənilən mahnılar sırasında yer alıb.

Sevinc
Xəbəri paylaş