Son günlər İranın Azərbaycana qarşı aqressiv mövqe sərgiləməsi eyni zamanda terroru dövlət səviyyəsində tanıyan, məscidlərimizdə donuz saxlayan Ermənistanı dəstəkləməsi böyük təəssüf doğurur. Ümumiyyətlə İranın bütün bu narahatlıqları başadüşülən deyil. Maraqlıdır niyə görə 30 illik erməni işğalı zamanı bir dəfə olsun belə Araz çayı ətrafında hərbi təlim keçirməyən İran, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra dəfələrlə Araz çayı ətrafında hərbi təlimlər keçirməyə başlayıb? Görünür ölkəmizin qüdrətinin daha da artması İranı naraha etməyə başlayıb.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, yaxşı olardı ki, İran Azərbaycanın qüdrətlənməsindən narahat olmaqdansa bu qüdrətdən özünün inkşafı üçün istifadə etsin, mövcud əlaqələrimizə xələl gətirməsin:
“İllərdir dünya ölkələri tərəfindən ağır sanskiyaların tətbiq olunduğu, dünyadan təcrid olunmuş İran Ermənistana dəstəyi artırmaq əvəzinə dini bir olan, regionun ən qüdrətli dövləti və dünyada nüfuzu günbəgün, saatbasaat artan Azərbaycana qarşı heç bir mənası olmayan hərəkətlərindən çəkinsin.Rəsmi İran birmənalı olaraq anlamalıdır ki,cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz!”
Ruhiyyə