Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövləti həmişə güclü olmalıdır-DEPUTAT

Azərbaycan dövləti həmişə güclü olmalıdır-DEPUTAT


"2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu rəqəm cari illə müqayisədə 5,2%, 2021-ci ilə nisbətdə isə 16,4% çox olacaq. Bu, ölkə tarixində ən yüksək göstəricidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki.
eyni zamanda büdcəmizin qeyri-neft gəlirləri cari ildən 5,6%, 2021-ci illə müqayisədə isə 12,2% çoxdur:

"Bu, sadəcə statistika deyil, bu, ölkədə doğru idarəçiliyin nəticəsində bizim artan gücümüzün, artan iqtisadi imkanlarımızın ifadəsi olmaqla mürəkkəb bir periodda, İran və Ermənistanın timsalında qeyri-sağlam mövqeyə malik qonşuların mövcudluğu şəraitində davamlı qələbələrimizin qarantıdır. Çünki mövcudiyyətimizi qorumaq, dövlətçiliyimizi yaşatmaq, müstəqilliyimizi möhkəmlətmək üçün biz güclü olmağa məhkumuq. Azərbaycan dövləti həmişə güclü olmalıdır!".
Xəbəri paylaş