Avropa Şurasının idman nazirlərinin 17-ci konfransında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər edib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, heyətə gənclər və idman naziri Fərtiq Qayıbov da daxildir.
Millət vəkili bildirib ki, tədbir çərçivəsində ‘Miqrant, qaçqın və məcburi köçkünlərin idman vasitəsilə inteqrasiyası’ mövzusu ətrafında dəyirmi masa keçiriləcək:
"AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu mövzu üzrə məruzəçisi olaraq dəyirmi masada çıxışım gözlənilir".
Anar