Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda qəza baş verən ərazidə obyektləri su basıb

Bakıda qəza baş verən ərazidə obyektləri su basıb


Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə yerləşən bəzi obyektləri su basıb.

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, ərazidən suyun çəkilməsi işləri davam etdirilir.

Qeyd edək ki, səhər saatlarında Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.
Xəbəri paylaş