Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveçrənin dörd şirkəti azad edilmiş ərazilərin bərpasında iştirak edir

İsveçrənin dörd şirkəti azad edilmiş ərazilərin bərpasında iştirak edir


“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında İsveçrənin dörd şirkəti iştirak edir”.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.

Diplomat əlavə edib ki, Azərbaycanda ümumilikdə 89 İsveçrə şirkəti fəaliyyət göstərir: “Azərbaycan-İsveçrə Hökumətlərarası Komissiyasının növbəti iclası dekabr ayında Cenevrədə keçiriləcək. Üstəlik, biznes forumunun təşkili nəzərdə tutulub. Əsas məqsədimiz Azərbaycan və İsveçrənin kiçik və orta biznesi arasında əməkdaşlığı gücləndirməkdir. İnnovasiyalar və alternativ enerji də prioritet sahələr olacaq. Təkcə təbii qaz və neft sahəsinə diqqət yetirmək mümkün deyil, bərpa olunan enerji mənbələri gələcək əməkdaşlıq üçün perspektivli sahədir”.
Xəbəri paylaş