Təkfirçilərin və Xəvariclərin lideri Əlixan Musayevin, xaricdə yaşayan müxalifətçi Qurban Məmmədli ilə sıx əlaqələri aşkar edilmişdir.
Biz dəfələrlə Əlixan Musayevin təkfirçilik, radikalizm, cihad fikirləri yaydığını bildirmişik. Buna baxmayaraq mediada bu dediklərimiz yayılandan sonra 2-3 ay Xaricə gedir, yenidən gəlib Bakıda öz radikal fikirlərini yaymağa davam edir.
Təkfirçi və radikal islamçıların lideri kimi tanınan məşhur Əlixan Musayev yenidən 3 ay sonra Bakıda peyda olmağa başlayıb. Heç nədən xəbəri olmayan normal dindar gənclərlə bərabər radikal təkfirçiləri də bir arada toplamağa yenidən başlayıb və dini dərslər keçir. Bu dəfə özünə yeni yuva tapa bilib. Belə ki, Qara Cuxur məscidinin yanında "Şeyx" kafesində dindar gəncləri toplayıb öz radikal fikirlərini, müsəlmanlara qarşı təkfirçilik fitnəsini davam etdirir. Əlixan Musayev bununla kifayətlənmir. Qobustan, Balakən, Zaqatala, Şəki, Şamaxı və digər rayonlara səfərlər edir və radikal təkfirçiləri İŞİD meyilli olanları ətrafına toplayır. Belə radikal bir fürsətçinin hər 3 aydan bir Azərbaycana gəlib ətrafına radikalları toplamasının qarşısı alınmalıdır. Xarici ölkədə yaşamasına baxmayaraq hər 3 aydan bir gəlib ölkəmizdə pozucu fəaliyətinə davam etməsi heç də arzu olunan deyil.
Çox maraqlıdır ki, Azərbaycan hakimiyətini tənqid edən və Avropada məskunlaşan Qurban Məmmədli də Əlixan Musayevi dəstəkləyir və dini məsələlər barədə onunla müzakirə aparır və davamlı əlaqə saxlayırlar. Əlixan Musayev vasitəsi ilə dindar müxalifət dəstəsi yaradılır. Bizə maraqlıdır ki, görəsən Əlixan Musayev Qurban Məmmədlinin hansı tapşırıqlarını yerinə yetirir. İran fars molla radikar qrupların qarşısı alındığı indiki halda daha böyük təhlükə ilə üz-üzə gəlmişik. Aidiyatlı qurumların bu məsələlərə həssas yanaşmasını arzu edərdik. Gələcəkdə ölkəmizdə radikal dindar təhlükəsinin qarşısı indidən alınmalıdır.
Bir vaxtlar Qurban Məmmədli Əlixan Musayevə Suriyada cihadı dəstəklədiyini və onun fətvasının doğru olduğunu demişdir. Hətta Qurban Məmmədli Suriyada və digər ölkələrdə inqilabları dindarların azadlıq uğrunda aya qalxması kimi izah etmişdir.
Əldə etdiyimiz məlumata görə son bir neçə gündür ki, Əlixan Musayev Qobustanda Şəhriyar şadlıq sarayında dərslər təşkil edir. Oranın rəhbəri Misirdə təhsil alan təkfirçi xəvaricdir. Deyilənlərə görə belə getsə təkfirçilik yayılacaq. Qarşısı alınmalıdır.
Əkrəm Həsənov-ilahiyyat üzrə fəlsəfə doktoru