Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: İlham Əliyevin müdrik siyasəti düşməni dosta çevirməyə belə qadirdi

Sədaqət Vəliyeva: İlham Əliyevin müdrik siyasəti düşməni dosta çevirməyə belə qadirdi


Tarixi dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri günbəgün daha da inkşaf etməkdə və dərinləşməkdədir. Oktyabr ayınının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana rəsmi səfəri ölkələrimiz arasında mövcud əlaqələrin daha da inkşafına və yeni-yeni əməkdaşlıq sahələrinin yaranmasına böyük təkan verəcəkdir. Səfər zamanı iki ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişaf etməsini vurğulayan cənab Prezidentimiz İlham Əliyev dövlətlərarası əlaqələrin möhkəm təməl üzərində qurulduğunu qeyd edərək, Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə qədər yüksəldiyini bildirdi. Eyni zamanda cənab İlham Əliyev Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsinin və yükdaşımaların həcminin artmasını nəzərə çatdırdı. Bununla yanaşı Azərbaycan Lideri ölkəmizin dünya bazarlarına qaz ixracatını artırmaq niyyətində olduğunu bəyan edərək, elektrik enerjisi ilə bağlı həyata keçiriləcək yeni layihələrdən bəhs etdi. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan- Gürcüstan əlaqələri daha inkşaf edəcək və dərinləşəcəkdir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkələrimiz arasındakı əlaqələrin inkşafı hər iki ölkə ilə yanaşı ümumilikdə regionun da inkşafına təkan verəcəkdir:

“Müsasir dünya siyasətində dost ölkə qazanmaq nə qədər çətindirsə, ölkələrlə mövcud olan dostluq əlaqələrini qoruyub saxlamaq da bir o qədər çətindir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasət isə nəinki yeni-yeni dost ölkələr qazanmağa və ölkələrlə mövcud olan dostluq əlaqələrini qorumağa xidmət edir hətta düşməni dosta çevirməyə belə qadirdi”.

Ruhiyyə
Xəbəri paylaş