Bu gün Prezident İlham Əliyev Gürcüstanın təhsil və elm nazirini qəbulu edərkən Gürcüstanda Azərbaycan dilində, Azərbaycanda isə gürcü dilində məktəblərin fəaliyyət göstərməsini yaxşı göstəricisi kimi qiymətləndirdiyini bildirdi. Bu mövqe Azərbaycanın xoş niyyətinin, multikultural dəyərlərə və mehriban qonşuluq münasibətlərə verdiyi önəmin ifadəsi olmaqla bərabər, eyni zamanda Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə platforma deməkdir. Yəni daha sadə dillə desək, gürcü dilli məktəblər bizim üçün, Azərbaycan dilli məktəblər isə Şimali-qərb qonşumuz Gürcüstan üçün nəinki hər hansı formada təhdid hesab olunmur, əksinə dövlət başçımızın da qeyd etdiyi kimi, bütövlükdə təhsil Gürcüstanla əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, amma digər - cənub qonşumuz İranın mövqeyi tam fərqlidir:
"Tehran Azərbaycan dilli məktəbləri daxildən çökməkdə olan teokratik rejimə təhdid hesab edir və mollakratiyanın bu xofunun acınacaqlı nəticəsidir ki, 35 milyonluq azərbaycanlının ana dilində bir dənə də olsun məktəbi yoxdur. Heç bir siyasi məqsəd güdmədən, öz ana dilində təhsil tələb edənlər isə ya öldürülür, ya da ən yaxşı halda qanlı Evin həbsxanasında uzun illər çürüməli olur".
Mehman