Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehranın Xudafərin qəsdi

Tehranın Xudafərin qəsdi


Tehran dövlətinin yaranışından Azərbaycan nifrətinin həddi-səddi yoxdur. Fars şovinizminin ifrat dolu əməlləri insanın ağlı gəlməyən belə sahələrədə öz çirkin əməlləri ilə insanı heyrətə gətirir. Tehran dövlətininin Azərbaycanın dövlətçiliyinə, onun suverenliyinə, ərazi bütövlüyünə, xalqına, ordusuna qarşı etdiyi qəsdləri saymaqla qurtaran deyil. Bu fars yığnağı görün nə qədər qəddar, amansızdır və Azərbaycana nifrət edirsə Cənubi Azərbaycanda məhv etdiyi Azərbaycan tarixi, mədəniyyəti, dili azmış kimi, Şimali Azərbaycan ərazisində də tariximizə, mədəniyyətimizə qəsd etməkdən çəkinmir. 1992-ci ildə Tehranda danışıqlar getdiyi halda Şuşanın işğalına böyük kömək göstərən farslar sonradan işğal dövründə Şuşada tarixi və dini abidələrimizi ya məhv etməyə, ya da farslaşdırmağa çalışdı.

Heyrətləndirici faktlardan biri də budur ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı dövründə Bütöv Azərbaycanın simvolu, qədim tariximizin, mədəniyyətimizin şahidi, yadigarı və nümunəsi, tarixi abidə qoşa Xudafərin körpülərinin yerləşdiyi yerdən yuxarıda Tehran dövləti məqsədli şəkildə Su anbarı tikərək bu tarixi abidələrimizə süni texnogen və təbii fəlakət mənbəyi yaradaraq Bütöv Azərbaycan simvolu Xudafərin körpüsünə qəsd hazırlayıb. Hər hansı texniki və ya təbii fəlakət, zəlzələ nəticəsində Tehran dövlətinin Araz çayı üzərində tikdiyi su anbarı bütövlüyümüzün tariximizin, mədəniyyətimizin simvolu Xudafərin körpülərininin məhv olması heç şübhəsizdir və təbii ki, farsların bu su anbarını tikməsində də məqsədləri tariximizə, birliyimizə qəsd planlarıdır.

Arazın, Xudafərinin mahiyyəti

Bakıda Zəfər paradında Türkiyə Prezidenti Cənab Ərdoğanın Azərbaycanın məşhur mahnısından səsləndirdiyi

"Arazı ayırdılar,
lil ilə doyurdular,
mən səndən ayrılmazdım,
zor ilə ayırdılar"

misralarınadan aydın görünür. Tehran dövlətinin türk qarşısında qorxusu və təlaşı onu türk mədəniyyətinə, tarixinə amansız edir. Bəli, erməni qardaşlarının xislətinə bərabər fars vandallığı onun milli kimliyinin vəhşi mahiyyətidir. Ancaq farslar tarixin axarxını dəyişə bilməyəcəklər. Bütöv Azərbaycan tarixin yeni ancaq köhnə səhifəsidir, tarix isə mütləq təkrarlanır.

Hər bir halda, Azərbaycan dövləti Xudafərin körpülərinin mümkün süni fəlakətlədən qorunmasına tədbirlər görəcəyi mütləq və şübhəsizdir.

Vüqar Dadaşov
Xəbəri paylaş