Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yasamalda baş vermiş qəza günün sonuna kimi tam aradan qaldırılacaq

Yasamalda baş vermiş qəza günün sonuna kimi tam aradan qaldırılacaq


Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna qədər aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı verib. O bildirib ki, bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq.

Eyni zamanda qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriləcək və nəqlıyyatın normal hərəkəti mümkün olacaq.

Sevinc
Xəbəri paylaş