Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilan hava limanının açılışı Qarabağda həyata keçirilən ən böyük layihələrdəndir

Zəngilan hava limanının açılışı Qarabağda həyata keçirilən ən böyük layihələrdəndir


“İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən infrastruktur layihələrinin hər biri yüksək səviyyədə həyata keçirilir. Şəhərlərin bərpası, yeni yolların çəkilməsi, qısa bir müddətdə hava limanlarının istifadəyə verilməsi bunun əyani sübutudur”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalqov bildirib ki, ermənilər Azərbaycan xalqına məxsus təbii sərvətləri talan edirdilər, tarixi şəhərlərimizdə vandallıq aktları törədirdilər. Bugün o torpaqlarda hazırda quruculuq, abadlıq işləri aparılır, müasir yollar, hava limanları tikilib istifadəyə verilir, böyük layihələrin təməli qoyulur. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə törədilmiş erməni vandalizmini bütün dünyaya göstərmək üçün silsilə tədbirlərin keçiriləcəyini çıxışlarında dəfələrlə dilə gətirib. 30 illik işğal dövründə barbar qonşularımız tərəfindən məqsədli şəkildə xarabazara çevrilmiş ərazilərimiz indi cənnətə dönür:

“Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir, bunun sayəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra öz evlərinə qayıda biləcəklər. Prezident İlham Əliyev bu böyük strateji infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin inkişaf strategiyasına uyğundur. Azad edilmiş torpaqlarda nəqliyyat və enerji infrastrukturuna qoyulan investisiyalar bütövlükdə ölkənin iqtisadi yüksəlişi üçün imkanlar yaradır. Bu baxımdan oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı daha bir əlamətdar hadisədir. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağdan və Şərqi Zəngəzurdan dünyaya açılan hava limanıdır. Hava limanının açılışı regional əhəmiyyətli nəqliyyat qovşağının formalaşması baxımından mühüm hadisədir. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Azərbaycanın qərb bölgəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək bu hava limanları, avtomobil yolları, dəmir yolları sistemi regional avtomobil yolları sistemi, regional və beynəlxalq hava limanları sistemi ilə əlaqələnir. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Türkiyənin şərq bölgələri ilə Azərbaycanın qərb bölgələri arasında əlaqəni təmin etməsi layihənin çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmək olar. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.”

Rəşadət Xalıqov eyni zamanda diqqətə çatdırıb ki, tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata birgə bəyanatla çıxışları zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edirlər. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Belə ki, bu gün Qarabağda sosial və sənaye infrastrukturu sahəsində intensiv iş aparılır. Vətən müharibəsində olduğu kimi, bərpa işlərində də Türkiyədən olan qardaşlarımız öz səy və bacarıqlarını bizdən əsirgəmirlər. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu, bu amil bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bununla bölgədə güc nisbəti bizim xeyrimizə dəyişir və bu, regionda dayanıqlı sülhün əsas təminatçısı olacaq.
Xəbəri paylaş