Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva Səudiyyə Ərəbistanında səfərdədir

Deputat Könül Nurullayeva Səudiyyə Ərəbistanında səfərdədir


27 oktyabr - 7 noyabr tarixlərində Səudiyyə Ərəbistanında 45 fərqli idman növündən 6000-dən çox idmançının qatılacağı “Səudiyyə Oyunları-2022” idman yarışları keçiriləcək.

Newscenter.az-ın xəbərinə görə, Şahzadə Əbdüləziz bin Türki əl Faysalın dəvəti ilə bütün dünya idman ictimaiyyətinin tanınmış simalarının da iştirak etdiyi bu yarışlarda Milli Məclisin deputatı Könül Nurullayeva da iştirak edir. Bu barədə facebook sosial şəbəkə hesabında məlumat paylaşan millət vəkili sözügedən yarışlarda iştirak etməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib.

Könül Nurullayeva qeyd edib ki, həmçinin səfəri çərçivəsində beynəlxalq Olimpiya ailəsinin dəyərli üzvləri ilə birgə yarışların başlanması ilə əlaqədar təşkil olunmuş qala ziyafətdə də iştirak edib.

"İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Qadın və idman komitəsinin rəhbəri və İcraiyyə Komitəsinin üzvü olaraq Səudiyyə Ərəbistanı Krallığının tarixində ilk dəfə keçiriləcək olan bu yarışın təşkilatçılarına və həmçinin yarışlarda iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram! Əminəm ki, bu yarışlar idman tarixinin ən yaddaqalan oyunlarından biri olacaq".

Ruhiyyə
Xəbəri paylaş