Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə rəqabətin olmasını istəməyən qüvvələr var

Ölkədə rəqabətin olmasını istəməyən qüvvələr var


Ölkədə azad rəqabətin olması üçün "Rəqabət məcəlləsi", "Dövlət-özəl tərəfdaşlığı haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlar mütləqdir. Amma bunlardan ən vacib ikisi - "Rəqabət məcəlləsi" və "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun hələ də qəbul edilməyib.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı Eldəniz Əmirov deyib ki, buna görə də cənab nazir Mikayıl Cabbarovun nazir olduğu 9 ildə nazir kimi bir dəfə Prezidentdən açıq dəstək istəməsini və bunun da məhz bu “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunla bağlı olmasını dilə gətirməsi bəzi məqamlardan xəbər verir:

"Yəni, cənab nazir ölkədə rəqabət mühiti yaratmaq üçün əlindən gələni edir, amma rəqabətin olmasını istəməyən qüvvələr var. Buna görə də cənab Prezidentdən dəstək istənilib. Bütün bu ciddi cəhtləri nəzərə alsaq düşünürəm ki, hazırda kimlərsə mane olmağa çalışsa belə yenə də cənab nazirin səyləri öz bəhrəsini verəcək və Dövlət-özəl tərəfdaşlıq formatı yaradılacaq. Və bu format 2006-cı ildən bəri Rəqabət Məcəlləsinin qəbul edilə bilmədiyi bir iqtisadi mühitdə nisbi rəqabətin yaradılmasına təkan verəcək".

Mehman
Xəbəri paylaş