Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabad polisi rayon ərazisində profilaktik tədbirlər keçirib

Sabirabad polisi rayon ərazisində profilaktik tədbirlər keçirib


Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb.

Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Edilən xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Mehman
Xəbəri paylaş