Xankəndidəki bugünkü aksiya iştirakçılarının əcdadlarını Cənubi Qafqaza köçürən də, 10 noyabr 2020-ci ildən etibarən Xankəndi və ətraf yaşayış məntəqələrində var gücü ilə məskunlaşdırma aparan da, destablizəni gücləndirmək üçün bu kütləni meydana toplayan da, 1988-ci ilin separatizm hərəkatını uğursuz, amma təhlükəli formada yenidən təkrarlamağa çalışan da, "etnik uyğunsuzluq" bəhanəsi əsasında küllərindən alovlanan "milli münaqişə" yaratmağa çalışan da Rusiyadır. Bu gün “artsax milli assambleyası”nın (parlament) növbədənkənar "iclasında" qəbul olunan bəyanatın müəllifi də Rusiyadır.
Newscenter.az xəbər verir ki, bu fikirləri Elməddin Behbud səsləndirib. O bildirib ki, bu prosesə stimul verən, separatizmi riyakarcasına dəstəkləyən isə Qərbdir:
"Azərbaycan xalqının ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı mövqeyi birmənalı, İlham Əliyevin iradəsi və qətiyyəti isə sarsılmazdır. Adekvat tədbirlərin görülməsinə çox qalmayıb".
Anar