Xankəndidə ermənilərin keçirdiyi mitinqin arxasında Rusiyanın Azərbaycana qarşı növbəti oyunu durur.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Rusiya bununla Soçi görüşü öncəsi, Azərbaycana demək istəyir ki, bax etnik erməni xalqı Azərbaycanın tərkibində yaşamaq istəmir və bununla Rusiya təsir etmə mexanizmlərinin yeni təməlini inşa etməyə cəhd edir:
"Mitinqdə qaldırılan Rusiya bayraqları da sübut edir ki, bu işlərin arxasında Rusiyanın Azərbaycana, onun suverenliyinə qarşı təxribatları davam edir. Rusiya bununla Ermənistan Azərbaycan sərhədlərində sabitliyin təmin olunmasında, yekun sülh sazişinin bağlanması prosesində, kommunikasiyaların və regional münasibətlərin bərpası üçün, Brüssel platforması çərçivəsində əldə olunan razılaşmalara qarşı pozuculuq siyasətindən əl çəkmək niyyətində olmadığını qəti şəkildə ortaya qoyur".