Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, ölən var

Ermənistanda ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, ölən var


Ermənistanda orduda xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, bir hərbçi ölüb.

Newscenter.az
"Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İlkin məlumata görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatdan çağırılan Misak Petrosyanla mübahisə edib.

Mübahisə zəminində o, hərbçi yoldaşına pulemyotdan atəş açaraq, başına xəsarət yetirib. Hərbçi hadisə yerində keçinib.

Bundan sonra sıravi əsgər özünü ayağından vurub. Faktla bağlı cinayət işi başlanıb.
Xəbəri paylaş