Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fəzail Ağamalının partiyasından İSTEFA

Fəzail Ağamalının partiyasından İSTEFA


Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov partiyadan istefa verib. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Arzuman Abdulkərimov özü sosial şəbəkə hesabından paylaşıb. Bildirib ki, bundan sonra heç bir təşkilatın nizamnaməsi ilə məhdudlaşmayan, müstəqil siyasətçi olaraq fəaliyyətini davam etdirəcək:

"Necə deyərlər, dövlətə xidmətin ünvanı olmaz. Sabah, 31 oktyabr 2022-ci il tarixdə istefa ərizəmi partiyanın sədri, millət vəkili Fəzail Ağamalıya rəsmən təqdim edəcəm".

O qeyd edib ki, müqəddəs Azərbaycan dövləti və dövlətçilik uğrunda mübarizəsini bundan sonra daha da gücləndirəcək: "Bundan sonra da siyasi kursunu doğru saydığım, yolunu öz yolum hesab etdiyim Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyevin yürütdüyü xətti qətiyyətlə müdafiə edəcəm. Əziz Ana Vətənçilərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram".
Xəbəri paylaş