Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan və onun Qərbdəki himayədarları Soçi görüşünü pozmağa çallşırlar

Paşinyan və onun Qərbdəki himayədarları Soçi görüşünü pozmağa çallşırlar


"Sosial şəbəkələrdə başladılan “İlham Əliyev Soçiyə getməkdən imtina etməlidir!” çağırışı növbəti dəfə erməni informasiya-təbliğat maşınının təsiri altına düşmək deməkdir və nəticə etibarilə, Qərbin maraqlarına xidmət edən davranışlardır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şükürlü səsləndirib. Onun sözlərinə görə, məhz Nikol Paşinyan və onun Qərbdəki himayədarları daha çox istəyir və çalışırlar ki, bu görüş baş tutmasın, pozulsun:

"Çünki indiyədək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan, Ukrayna üzərindəki Qərb-Rusiya savaşının nəticəsini gözləyən Paşinyan üçün budəfəki Soçi görüşünün çox ağır keçəcəyini və onun siyasi qədərini müəyyənləşdirəcəyini yaxşı bilirlər".

Elxan Şükürlü hesab edir ki, Putinin “Valday”da birbaşa Ermənistana ünvanlanan mesajlarından sonra Paşinyanın 1 sutka ərzində Ermənistanda zəlzələ effekti yarada biləcək ardıcıl açıqlamaları – Rusiyanın təklif etdiyi sülh sənədini imzalamağa, Qarabağdakı sülhməramlılarının mandatını uzatmağa və Ermənistan Sərhəd Xidmətinin səlahiyyətlərini Rusiya FTX-na verməyə hazır olduğunu deməsi təkcə öz əhalisini razılaşmalardan xəbərdar etmək istəyindən yox, həm də canına düşmüş qorxu hissindən qaynaqlanır:

"Azərbaycan heç bir halda bu görüşdən yayınmamalı, əksinə, Ermənistanın cəzalandırılması üçün daha sərt, o cümlədən təzminat tələbləriylə çıxış etməlidir! 8 aydır efirlərimizdən “Rusiya Ukraynada 3 aya dağılacaq, Putin öldürüləcək” deyən qərbpərəstlərdən isə soruşmaq gərəkdir: Rusiya tezliklə dağılırsa, Soçidə hansı razılaşmaların olacağından niyə narahatsınız? Yox, əgər Rusiya hələ sandığınızdan güclüdürsə, o halda niyə Azərbaycanı Rusiya ilə toqquşdurub əzdirmək, qazandığımız uğurları heçə-puça çevirmək istəyirsiniz?".

Mehman
Xəbəri paylaş