Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qobustan rayonunda zəlzələ olub

Qobustan rayonunda zəlzələ olub


Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Newscenter.az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.

Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ qeydə alınıb.
Xəbəri paylaş