Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taxılın qiyməti qalxacaq

Taxılın qiyməti qalxacaq


"Rusiya İstanbulda imzalanan taxıl sazişindən çıxdığını elan etdi və bu dünya bazarlarında taxılın qiymətinin qalxmasına səbəb olacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, taxıl qiymətləri ölkələrin ixraca məhdudiyyət tətbiqindən sonra özünün maksimum həddinə cari ilin may ayının birinci yarısında çatmışdı:

"Türkiyənin sonradan müdaxiləsilə Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair saziş imzalanmışdı. Beləcə yaradılmış “taxıl dəhlizi” dünyada olan ajiotajı azaltmış və qiymətlər enməyə başlamlşdır.
İndi Rusiyanın yenidən bu mövqeyə qayıtması taxıl bazarında gərginliyi artıracaq və bu taxıl qiymətlərinə öz mənfi təsirini göstərəcək".

Eldəniz Əmirov bildirib ki, Rusiya əlində qalan ən son təsir alətlərindən istifadə etməklə qərbin sanksiyalarına qarşılıq verməyə çalışır:

"Hazırda əlində iki təsir aləti qalıb ki, bu da korbohidrogen ehtiyatları və ərzaq məhsulları bazarında gərginlik yaratmaqdır. Əslində bu alətlərin də artıq əvvəlki kimi təsiri qalmayıb. Amma yenə də indi fürsətdən istifadə edərək "buğda dəhlizi" sazişindən çıxmaqla, ərzaq təhlükəsizliyinə təhdidlər yaratmaqla mövqeyini gücləndirməyə çalışır".

Mehman
Xəbəri paylaş