Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndində təşkil edilən aksiyada xarici dairələrin də əli var-İQBAL MƏMMƏDOV

Xankəndində təşkil edilən aksiyada xarici dairələrin də əli var-İQBAL MƏMMƏDOV


“Ermənilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan Soçi görüşü ərəfəsində etiraz aksiyası keçirməsi təsadüfi deyil. Bu birbaşa Soçi görüşü ərəfəsində separatçılar tərəfindən hazırlanmış təxribat və Soçi görüşünə əngəl olmaq cəhdidir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, ermənilər bununla Soçidə tərəflər arasında əldə ediləcək hər hansı razılaşmaya mane olmaq istəyirlər:

“Hələ bir müddət əvvəl Soçidə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair ilkin razılığın əldə olunacağı bildirilirdi. Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamalarından birində bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviıəsinin imzalanmasını istisna etməmişdi. Görünür, tərəflər arasında sülh müqaviləsinin imzalanması separatçıları razı salmayıb və onlar da Qarabağda separatizmin mövcud olmasını istəyən xarici dairələrin əli ilə belə bir aksiya təşkil ediblər”.

İqbal Məmmədov hesab edir ki, Xankəndində təşkil edilən təxribat xarakterli aksiyada xarici dairələrin də əli var: “Hansı ki, onlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, beləliklə də Cənubi Qafqazda daimi sülhün əldə olunmasını qətiyyən istəmirlər”.

Millət vəkili hesab edir ki, separatçıların bu kimi təxribat xarakterli hərəkətləri davam edəcəyi təqdirdə onlarla öz başa düşə biləcəyi dildə danışmaq şərt olacaq.

Anar
Xəbəri paylaş