Niyə, biz bu gün Fransada, Senatın önündə Azərbaycan və türk diasporları ilə birgə-bərabər yürüş etmədik - aksiya keçirmədik? Bir sözlə, Həmrəy ola bilmədik!!!
Əfsus ki, Fransa Senatı tərəfindən bütün Avropa İttifaqı ölkələrinin Azərbaycandan idxal edilən neft və qazdan imtina etməsinə nail olmağa dair qətnamə layihəsi qəbul edildi.
Məkirli Plan müxtəlif məqsəd güdür:
bu Fransanın Avropadakı nüfuzunu qoruması, Cənubi Qafqazda mövqeyini saxlaması, eyni zamanda siyasi hakimiyyətin daxildə olan qeyri-müəyyən vəziyyəti kənara daşımasıdır. Ukrayna məsələsində zəif bənd imicini gizlətməyə və Rusiyanın neft-qazından kənar qaldığına görə “don vurmasını maskalandırmağa hesablanıb.
Təbii ki, burada hiyləgər erməni barmağıda var: - tarixilik və müasirlik, siyasi və iqtisadi imkanlar baxımından erməni diasporu və lobbisinin Fransada aparıcı mövqeyə malik olması faktı göz qabağındadır. Frankofoniya klubunun aktiv üzvü olan Ermənistandan bərk-bərk yapışması Fransanın qeyri-obyektiv münasibətini - ədalətsizliyini göstərməklə Sülhün əleyhidarı olduğunu açıq-aşkar göstərir.
Məhz fransız atalar sözlərində deyildiyi kimi: “Ədalət topaldır. Ədalət haqqında şərhlərimiz saatlarımıza bənzəyir. Çoxu başqa-başqa yerlər göstərir və hər kəs özününkünə etimad edir.”
Qeyd:
2012-ci ilə olan məlumata əsasən Fransada 70 min nəfərə yaxın milliyyəti azərbaycanlı olan şəxs yaşayır. Azərbaycanlıların Fransa ilə ilkin təmasları XIX əsrin sonlarına yaxın başlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə 100 nəfərə yaxın tələbəni dövlət hesabına təhsil almaq üçün Avropa ölkələrinə, onlardan 42 nəfərini müxtəlif ixtisaslar üçün Fransaya göndərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin SSRİ dönəmində məhdud səviyyədə davam edən əlaqələr Azərbaycanın 1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etməsinin ardından yenidən inkişaf etməyə başlamışdır. Hazırda azərbaycanlılar əsasən Fransada paytaxt Paris şəhərində, Elzas bölgəsində, Bordo, Marsel və Kann kimi böyük şəhərlərdə yaşamaqdadırlar.
Göründüyü kimi, bu sayda diaspor potensialı və tanınmış şəxsiyyətləri olan azərbaycanlıların mövqeyi və mütəşəkkilliyi bundan qat-qat üstün olmalıdır. Çünki, dünya üzrə azərbaycanlıların icma halında fəaliyyəti və diasporlaşması burada formalaşmışdır.
İlk Azərbaycan Evi burada təsis edilmişdir.
Amma, ancaq, lakin təxminən 70 minə yaxın soydaşımız və həmvətənimizdən heç 70 nəfərdə aksiyaya çıxara bilirik!
Niyə? Nə üçün?
Diasporla iş qeyri təkmildirmi?!
Milli mütəşəkkilliyə xidmət etmirmi?!
Bəli, bütün problemlərin fundamentində qeyri-düzgün koordinasiya durur-dayanır.
Yəhya Babanlı-Tarix üzrə fəlsəfə doktoru,
Diaspor məsələləri üzrə ekspert