Artıq üçüncü gündür ki, Milli Məclisdə 2023-cü ilin büdcə müzakirəsi həyata keçirilir. Gələn ilin dövlət büdcəsinin gəlir və xərclərinə nəzər yetirdikdə 2023-cü ilin büdcəsinin əvvəlki illərdən xeyli fərqləndiyinin şahidi oluruq. Elə Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu qənaətdədir.
Bu barədə Newscenter.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, 2023-cü ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan bütün bu nəhəng uğurlara 30 il ərzində nail olub:
"Bu gün dünyada 100 illik müstəqillik tarixi olan ölkələr var ki, nə dövlət, nə də ordu qura biliblər".
R.Mehdiyeva