Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşada fəaliyyət göstərən Sevara Group Laçında nümayəndəlik açır-ÖZƏL

Polşada fəaliyyət göstərən Sevara Group Laçında nümayəndəlik açır-ÖZƏL


Polşa Respublikasının paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Sevara Groupun noyabrın 17-də keçirilən iclasında Şirkətin Azərbaycanda həyata keçirəcəyi layihələri müzakirə edilib.

Bu barədə məlumat verən Severa Group Şirkətinin direktoru Rəşad Quliyev Newscenter.az-a deyib ki, müzakirə əsasında Azərbaycanda nümayəndəliyinin açılması zəruri hesab edilib:

"Bu məqsədlə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bir pəncərə prinsipi əsasında xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının qeydiyyatı şöbəsinə müraciət ünvanlanıb. Qərara əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş Laçın şəhərində CAMPİNGPARK HAKARİ Sp.ZO.O təsis edilir. Digər qərara əsasən isə Sevinc Sədi qızı İsmayilova CAMPİNGPARK HAKARİ Sp.ZO.O-ya icraçı direktor təyin olunub".

Anar Əliyev
Xəbəri paylaş