Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilmiş ərazilərdəki mina problemi barədə beynəlxalq konfransda məlumat veriləcək -ÖZƏL

İşğaldan azad edilmiş ərazilərdəki mina problemi barədə beynəlxalq konfransda məlumat veriləcək


İsveçrədə Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) illik konfransı keçirilir. Konfransda ölkəmizi təmsil edən Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, sayca iyirminci olan bu kofrans Cenevrə şəhərində baş tutur:

“Konfransın 5 gün davam etməsi planlaşdırılıb”.

Hafiz Səfixanov qeyd edib ki, konfransda Azərbaycanın üzləşdiyi mina problemi, işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsi, Ermənistanın hələ də mina xəritələrini tam dəqiq şəkildə Azərbaycana təhvil verməməsi və bu səbəbdən qarşılaşdığımız çətinliklər barədə iştirakçılara məlumat veriləcək:

“Azərbaycandakı mina problemini konfrans iştirakçılarının diqqətinə çatdıracağıq ki, bu problemin aradan qaldırılmasına yardımçı ola bilək”.

Anar Əliyev
Xəbəri paylaş