Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha bir həkim rəzaləti- GÖZ HƏKİMİ XƏSTƏNİ KOR ETDİ -ÖZƏL

Azərbaycanda daha bir həkim rəzaləti- GÖZ HƏKİMİ XƏSTƏNİ KOR ETDİ


Yevlax şəhərində tibb elminə rəzalət gətirəcək daha bir xoşagəlməz hadisə baş verib. Belə ki, gözündə yaranan problemlə əlaqədar həkimə müraciət edən xəstə nəticədə bir gözündən olub.

Bu barədə Newscenter.az-a xəstə özü məlumat verib. Bildirib ki, qaynaq işləri həyata keçirən zaman gözünə düşmüş yad cismin çıxarılması üçün Yevlax Mərkəzi Xəstəxanasının göz həkimi Məhəmməd Qorçiyevə müraciət edib. Lakin müayinə zamanı həkimin istifadə etdiyi avadanlıqlar dezinfeksiya edilmədiyi və gigiyenik qaydalara əməl olunmadığı üçün xəstənin gözünə infeksiya düşüb:

"Həkim Məhəmməd Qorçiyev vəziyyətin getdikcə pisləşdiyini görüb yaranmış durum qarşısında çarəsiz qaldığını, mənə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstituna getməyi məsləhət bildi".

Xəstənin dediyinə görə, 10 günə yaxın Bakıda, sözügedən müəssisədə müalicə alsa da, lakin Məhəmməd Qorçiyevin onun gözünə vurduğu zədəni aradan qaldırmaq mümkün olmayıb və nəticədə xəstə həkim məsuliyyətsizliyindən bir gözündən olub.

Qeyd edək ki, bu həkim Məhəmməd Qorçiyevin ilk tibbi rəzilliyi deyil. O bir neçə il əvvəl də jurnalist Qabil Babayevin gözünü səhv müalicə edərək onun bir gözünün tutulmasına səbəb olub.

Mehman
Xəbəri paylaş