"Ruben Vardanyanın BBC-nin məşhur layihəsi olan HARD TALK- a verdiyi müsahibə özünün əsil kimliyinin, regiona kimlər tərəfindən və hansı məqsədlər üçün göndərildiyinin ifşası oldu. Qarabağ İqtisadi rayonunda baş verən prosesləri, eko fəallarımızın məlum səbəblərdən dolayı təşkil etdikləri aksiyaya fərqli don geyindirməyə çalışan Vardanyan, həmin müsahibəni bir fürsət kimi qiymətləndirdi və ənənəvi məzlum erməni imicinə bürünərək ölkəmizə qarşı əsasız vetəxribat xarakterli fikirlər səsləndirdi".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, lakin Ruben Vardanyan jurnalist Steven Sakuranın sualları qarşında aciz vəziyyətə düşdü:
"Xüsusilə jurnalistin Putinlə bağlı verdiyi suallardan yayınaraq, diqqəti qərb ölkələrinin üzərinə çəkməyə çalışdı. Müsahibə zamanı Fransa prezidenti Makrondan sitatlar gətirən Vardanyan rəsmi Parisin də onlara dəstək verdiyi alqısını formalaşdırmağa çalışdı. Ancaq istər Fransa, istərsə də Ermənistanı dəstəkləyən digər qərb dövlətləri Ruben Vardanyanın Rusiyanın maraqlarına xidmət etdiyini bilir, onun Kremlin Koçəriyan-Sarkisiyan layihəsənin davamı olduğunu anlayırlar və Vardanyanı dəstəkləməkdə maraqlı deyillər".
AVP rəsmisi deyib ki, Rusiya Koçəriyan-Sarkisiyan cütlüyünün erməni cəmiyyətində nüfuzunun olmamasını bildiyi üçün Vardanyan kimi yeni bir fiquru göndərməklə öz maraqlarını təmin etməyə çalışır:
"İstənilən halda Kreml elitasının çirkli pullarını yumaqla məşhurlaşan, hər daim adı korrupsiya əməllərində hallanan bir cinayətkarın torpaqlarımızda olması arzu olunan hal deyil və onun tez bir zamanda torpaqlarımızı tərk etməsi üçün təzyiqlərimizi artırmalıyıq".
Mehman