Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfərləri Azərbaycan döv¬lətçiliyinin möhkəmləndirilməsi, dünyəvi proseslərdə Azərbaycanın daha fəal iştirakının təmin edilməsi, onun ikitərəfli və çoxtərəfli münasibətlər müstəvisində daha böyük inam və etimadla əha-tələnməsi baxımından gərəklidir.
Müstəqil Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr Macarıstanın Azərbayca¬nın müstəqilliyini tanıdıqdan sonra – 1992-ci il aprelin 27-də qurulub. İki ölkə arasında parla¬ment¬lərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 29-da Maca-rıs¬tana rəsmi səfəri bu ölkələr arasında münasibətlərin daha da yaxşılaşdırılması baxımından səmə¬rəli oldu. Macarıstanın Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfərin¬də Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm tək¬bətək, həm də geniş tərkibdə görüşlərdən sonra iki ölkə arasında etimada və qarşılıqlı inama əsaslanan əlaqələrin inkişafı baxımından mühüm sənədlər imzalandı.
Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirilməsi, Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olunması Azərbaycan ictimaiyyətini məmnun etmişidir. Azərbaycan Respublikasının Prezi¬den¬ti cənab İlham Əliyevin çıxışı, çıxışında toxunduğu məsələlər Macarıstan ictimaiyyətinin diq-qə¬tini çəkmişdir. Bu iki məqam iki ölkə arasında qarşılıqlı etimadın və qarşılıqlı hörmətin təza¬hü¬rüdür.
Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya öl¬kə-ləri ilə əlaqələrinin inkişafı da məxsusi qeyd edilib. Görüşdə Macarıstanın Baş naziri Viktor Or¬ban böyük səmimiyyətlə Azərbaycanın tolerant dövlət olmaq etibarilə qazandığı nüfuzun, nü¬fuz¬la bir sırada uğurların zəmanəti ilə bu iki dövlət arasında əməkdaşlığı yüksək dəyərlən¬dir¬di¬yini də bildirdi...
Azərbaycan tolerant dövlət kimi tanınır. Bu tanınma onun nüfuzunu daha da artırır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı