"Türkiyədəki zəlzələnin fəsadlarını yaxından görmək üzücüdür".
Newscenter.az-ın məlumatına görə, "Report" NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə zəlzələ bölgəsini helikopterlə izləyən zaman deyib.
O, ABŞ-ın xilasetmə və yardım səyləri üçün əlindən gələni etməyə qərarlı olduğunu bildirib.
Qeyd edək ki, Çavuşoğlu və Blinken Kahramanmaraş zəlzələlərdən zərər çəkmiş bölgələrdə araşdırma aparmaq üçün Hatay şəhərində olub.
Fevralın 19-da ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.
Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi nəzərdə tutulur.