Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayk Aramoviç Petrosyan naməlum şəraitdə ölümcül yaralanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə zolağında baş verib.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 30-da da Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.
Anar TAGIYEV