Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hiperlordoz nədir?

Hiperlordoz nədir?


Lordoz onurğa sütununun önə doğru əyilməsi səbəbindən meydana çıxan bir vəziyyətdir. Lordoz xəstəliyi zamanı xəstənin duruşundan fərqlilik gözlə görüləcək qədər nəzərə çarpır. Bu bir növ duruş pozunuqluğudur. Onurğanın, belə vəziyyətə düşməsinə hamiləlik zamanı, qocalıqda, kökəldikdə meydana çıxa bilir. Lordoza bəzən üzgüçülüklə məşğul olan adamlarda da rast gəlinir. Lordoz həddindən çox nəzərə çarpacaq qədər inkişaf etdikdə hiperlordoz adlanır.

Xəstəliyin hansı səbəbdən əmələ gəlməsi dəqiq araşdırılmalı və aradan qaldırılmalıdır. Hiperlordoz onurğada əmələ gəldiyi yerə uyğun olaraq formalaşır. Xəstəlik onurğa boyunca 4 hissədən baş verə bilir. Onurğanın duruşundan asılı olaraq 4 cür əyilmə müşahidə edilə bilir. Patologiyasnın inkişaf etməsində aşağıdakıların rolu var: * düzgün pozada durmamaq, stolda və partada əyilib oturmaq,zəif görmə, * kürək əzələsinin zəifləməsi * boyun həddindən çox uzanması, * raxitlik, * onurğanın anadangəlmə anomaliyası,

Lordoz dairəvi onurğa, düz onurğa, yarıməyri şəkilli onurğa, skolyoz, kifoz şəklində inkişaf edə bilir. Xəstəlik nadir hallarda anadangəlmə olur. Əsasən lordoz onurğanın müxtəlif xəstəlikləri və müxtəlif travmalar səbəbindən əmələ gəlir. Lordoz xəstəliyinə diaqnozun qoyulmasında həkimin müayinəsi və rentgen müayinəsinin nəticələri əsas götürülür. həkimin, təyin etdiyi müalicəvi gimnastika, parafinn və parafin ardınca müalicəvi masaj istifadə edilir.


Həkim Reabilitoloq Elvin
Xəbəri paylaş