Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyətinin də yerləşdiyi Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Koordinasiya Mərkəzinə gəlib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, nazir Mərkəzdə yaradılmış şəraitlə tanış olub.
Süleyman Soyluya şəraitlə bağlı məlumat verilib.
Daxili işlər naziri Azərbaycanın xilasedicilərinə gördükləri işlərlə bağlı təşəkkür edib.