Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təbrizdə binalar çöküb, ölənlər və yaralananlar var

Təbrizdə binalar çöküb, ölənlər və yaralananlar var


İran İslam Respublikasının şimal-qərbində yerləşən Şərqi Azərbaycan əyalətində, Təbriz şəhərinin şərq hissəsində bazar günü dörd binanın uçması nəticəsində azı iki nəfər həlak olub.

Newscenter.az xəbər verir ki, bu barədə IRNA agentliyi yerli xilasetmə xidmətlərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, azı altı nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Binaların çökməsinə səbəb kimi qaz partlayışı göstərilir.

Hadisə yerinə xilasedicilər və tibb işçiləri cəlb olunub.

Anar TAGIYEV
Xəbəri paylaş