"İrili, xırdalı bütün fürsətçillər, siyasi dələduzlar, onunkular, bununkular, bizdən olmayanlar, cəsuslar, cahillər, səparatçılar, onların himayəsarları, düşmənlər Türkiyədəki deprem üzərindən, Türk dünyasının acısının üzərindən mənfəət əldə etmək, araqarışdırmaq, məyusluq yaratmaq eşqinə düşüblər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Haqq Ədalət Partiyasının (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli səsləndirib. HƏP rəsmisi daha sonra fikirlərini belə davam etdirib:
"Alınmayacaq, zora düşəcəksiniz, nəinki uduzacaqsınız, yanacaqsınız, külünüz göyə sovrulacaq! Türkiyə və Türk dünyası müttəfiqləri ilə birlikdə bu imtahandan da çıxacaq, həm də bəşəriyyəti böyük fəlakətlərdən çıxarmaq üçün başladıqları yolu uğura ulaşdıracaqlar. Yaxında qüdrətli və ədalət bayrağı əlində olan yeni dünya- Türk Dünyası inşa ediləcəkdir".
Mehman