"Azərbaycan bütün platformalarda danışıqlara açıqdır, çünki qalib tərəfdir. Düşünmürəm ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında keçirilən görüşdə ABŞ təşəbbüsü ələ almağa çalışıb".
Bu fikirlıəri Newscenter.az-a politoloq Vüqar Əhmədov ABŞ dövlət katibinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşünə münasibət bildirərəkən səsləndirib. O bildirib ki, Azərbaycan tərəfinin iradəsi olmadan bu danışıqlar baş tuta bilməzdi:
"Hesab edirəm ki, danışıqlar predmetində olan bütün məsələlər əvvəlcədən Azərbaycanla razılaşdırılıb, daha sonra müzakirəyə çıxarılıb. Həm son Soçi, həm də Brüssel tərəfindən təşkil edilən görüşlərdən fərqli olaraq ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan Prezidenti tərəfindən ilk dəfə rəsmi şəkildə həm Zəngəzur, həm də Laçın dəhlizində hər iki dövlətin nəzarət buraxılış məntəqələrinin quraşdırılması təklif edilmişdir. Hesab edirəm ki, əgər Cənab Prezident İlham Əliyev tərəfindən bu rəsmi şəkildə təklif olunubsa, demək ki, bunun bir əsasları var".
Vüqar Əhmədovun sözlərinə görə, həm də nəzərə almaq lazımdır ki, bu yeni reallıqda, Laçın dəhlizində ictimai nəzərətdən sonrakı reallıqda baş verir:
"Burada, Azərbaycan tərəfinin verdiyi təklifdə heç bir tərəf və vasitə yoxdur, yalnız iki tərəfdir, Azərbaycan və Ermənistan. Digər tərəfdən diqqət yetirdinizsə Cənab Prezident Azərbaycan jurnalistlərinə verdiyi müsahibə zamanı Gürcüstanda tərəflərin görüşünü istisna etmədi. Gürcüstan isə danışıqlar prosesində daha çox neytral tərəfdir. Bu isə o deməkdir ki, Azərbaycan Ermənistana heç bir tərəfin vasitəçiliyi olmadan, ikitərəfli qaydada həm Zəngəzur və Laçın dəhlizlərinin həllini, həm də digər çözülməsi gözlənilən məsələlərin həllini təklif edir. Ermənistanın Azərbaycanla razılığa gəlməsi üçün bu gözəl bir şansdır".
Mehman