“Azərbaycan güclü dövlətdir. Bunu ölkə başçısının müxtəlif vaxtlarda həyata keçirdiyi xarici səfərlər zamanı digər dövlət rəhbərlərinin respublikamızla bağlı səsləndirdiyi fikirlər əyani şəkildə sübut edir”.
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Azərbaycan etibarlı tərəfdaş kimi, beynəlxalq müstəvidə öz nüfuzunu durmadan artırır:
“Bütün bu tərəqqinin, inkişafın memarı isə birmənalı olaraq ölkə başçısı cənab İlham Əliyevdir”.
Qeyd edək ki, hazırda Qərbin, Avropanın Cənubi Qafqaz regionunda daha çox Azərbaycana ehtiyacı olsa da, lakin son anda xristian təssübkeşliyindən irəli gələrək bir sıra prinsipial məsələlərdə Ermənistanın maraqlarının müdafiəçisi qismində çıxış edirlər.
Mehman