Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan müxalifətinin radikal qanadı tərəfindən demokratiyanın qalası kimi xarakterizə edilməsi cəmiyyətdə kəskin etiraz doğurub. Əksər siyasi qüvvələr radikal düşərgənin bu mövqeyini kəskin tənqid ediblər.
Newscenter.az xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı da Paşinyanı demokratik yolla seçilmiş bir lider kimi təqdim etməyin əleyhinə olduğunu deyib. Partiya sdəri qeyd edib ki, Nikol Paşinyanı hakimiyyətə çevriliş yolu ilə gətiriblər və çevriliş yolu ilə hakimiyyətə gələn şəxx isə demokratik hakimiyyət formalaşdıra bilməz:
"Paşinyanın həftədə bir dəfə müxalifətlə söyüşə çıxması demokratiya demək deyil və ya demokratiyadırsa, o, bizə lazım deyil".
Mehman